25/05/2018

Cavid Tağıyev daha 1 il “Sumqayıt” FK-nın şərəfini qoruyacaq


“Sumqayıt” FK 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komandamız kapitan Vurğun Hüseynovun ardından daha bir futbolçu ilə müqavilə müddətini uzadıb. Belə ki, yarımmüdafiəçimiz Cavid Tağıyev daha 1 mövsümdə “Sumqayıt” FK nın uğurları üçün çalışacaq. Qeyd edək ki, Tağıyev ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub.