23/02/2012

U-16 komandamız qələbə qazanıb


AFFA-nın təşkil etdiyi U-16 Liqasında 15-ci turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubunun 16 yaşadək futbolçulardan ibarət komandası İmişlidə “MKT Araz”ı böyük hesabla məğlubiyyətə uğradıb. Komandamızdan qolları Süleyman Piriyev (2 qol), Məhərrəm Hüseynzadə, Rizvan Osmanov və Bayram Nuruzadə vurub. Ağamusa Bağırovun yetirmələri U-16 Liqasının növbəti turu çərçivəsində “Gənclik” klubu ilə üz-üzə gələcək.