23/05/2018

"Futbol və Sağlam Həyat" adlı layihə bu dəfə 24 saylı orta məktəbdə baş tutub


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir.

Layihə bu dəfə Sumqayıtın 24 saylı orta məktəbində keçirilib. Tədbirdə həmin təhsil ocağı ilə yanaşı 28, 30 və 31 saylı orta məktəbin şagirdləri də iştirak edib.

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın akademiyasının məşqçi heyəti şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nın Müşahidə Şurasının sədri Abdulla Məmmədov, məşqçi Elşad Eyvazov və qızlardan ibarət komandamızın üzvləri iştirak edib.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.