22/05/2018

Cavid İmamverdiyev mövsümün futbolçusu seçilib


İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə keçirdiyi sorğuya adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilmiş 185 oyunçudan 133-ü, yəni 72 faizi qatılıb. “Qarabağ”ın 11, “Qəbələ”nin 21, “Neftçi”nin 17, “Zirə”nin 16, “Sumqayıt”ın 19, “Keşlə”nin 13, “Səbail”in 25, “Kəpəz”in isə 11 futbolçusu səs verib.
Respondentlər, ümumilikdə, 44 futbolçunu fərqləndiriblər. Yekunda komandamızın yarımmüdafiəçisi Cavid İmamverdiyev mövsümün futbolçusu seçilib. 28 yaşlı oyunçu 1 səs fərqi ilə "Qəbələ"nin hücumçusu, 13 qolla Premyer Liqanın bombardiri olan Baqali Dabonu qabaqlayıb. İmamverdiyev 17, Dabo 16 səs toplayıb.