22/05/2018

"Sumqayıt" FK-nın 4 futbolçusu milli komandalarda


Mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı, mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" FK-nın 2 futbolçusu - Cavid İmamverdiyev və Amil Yunanov milli komandanın heyətinə dəvət alıb.

Bundan başqa, 19 yaşadək futbolçulardan ibarət milli komandanın Bakı şəhərində təlim-məşq toplanışı olacaq. Komandamızın 2 futbolçusu - Cavid Quliyev və Xəzər Mahmudov 22-31 may tarixləri arasında keçiriləcək toplanışda iştirak edəcək.