21/05/2018

Vurğun Hüseynov "Sumqayıt" FK ilə 2 illik müqavilə imzalayıb


"Sumqayıt" Futbol Klubu 2018/2019 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb. Komandamız ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçimiz komandamızla yeni 2 illik sazişə imza atıb. 5 mövsümdür klubumuzun şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə klubumuzun heyətində 20 oyuna çıxıb və 1800 dəqiqə meydanda olub və 1 qol vurub. Kapitanımız ümumilikdə isə "Sumqayıt" FK-nın heyətində 131 qarşılaşmada meydana çıxıb. Xatırladaq ki, Vurğun Hüseynovun "Sumqayıt" FK-da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.