22/02/2012

U-15 komandamız qələbə qazanıb


“Kapital Bank U-15 Liqası”nda 13-cü turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubunun 15 yaşadək futbolçulardan ibarət komandası “Rəvan”ı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Vüsal Əliyev dubl edib, Fərid Kərimzadə isə penaltidən fərqlənib.

U-17 komandamız isə “Qəbələ” ilə görüşdə meydanı məğlub tərk edib (2:9). Komandamızdan iki qolu Elnur Ağayev və Orxan Niftaliyev vurub.