26/08/2011

"Sumqayıt Şəhər" ilk qələbəsini qazanıb


Əvəzedici komandalar arasında XX Azərbaycan çempionatında IV turun oyunları keçirilib. "Sumqayıt Şəhər"in əvəzediciləri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “İnter”i qəbul edib. Komandamız 2:0 hesabı ilə qalib gələrək çempionatda ilk qələbəsini qazanıb. “Sumqayıt Şəhər”dən qolları 31-ci dəqiqədə Ramil Nuriyev və 90+2-ci dəqiqədə Bəxtiyar Həsənalızadə vurub.

Vaqif Paşayev ("Sumqayıt Şəhər"in əvəzedicilərinin baş məşqçisi): “Heyətdə bəzi zədəli futbolçularımız olduğundan əsas komandanın bir neçə üzvünün xidmətindən yararlandıq. Çox maraqlı qarşılaşmaya şahidlik etdi. Azarkeşlərimiz də sona qədər bizi dəstəklədi. Onlara da minnətdarlığımı bildirirəm. “Sumqayıt Şəhər” bir ailədir. Qazanılan qələbədə hamının payı var. İlk qələbə münasibəti ilə bütün kollektivi təbrik edirəm. İnşallah bu uğurların davamı gələcək”

"Sumqayıt Şəhər" – "İnter" 2:0
(Ramil Nuriyev, 31; Bəxtiyar Həsənalızadə, 90+2)