20/02/2012

“Sumqayıt” “İnter”lə görüşdə məğlub olub


"İnter" – "Sumqayıt" 2:0
20 fevral 2012. Saat 16:00. "Şəfa" stadionu. 300 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Zeynal Zeynalov
Dördüncu hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əmir Zamanov
Sarı vərəqələr: Samir Zərgərov, 56 (bilərəkdən əllə oyun); Asif Məmmədov, 77 (qeyri-idman hərəkəti); Nizami Hacıyev, 86 (qeyri-idman hərəkəti) // Ramil Həşimzadə, 35 (qeyri-idman hərəkəti); Abdulla Abatsiyev, 45+1 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Arif Daşdəmirov, 35 (bilərəkdən rəqibi ayaqla vurduğuna görə)
Qollar: Baçana Sxadadze, 34; Vladimir Levin, 65
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“İnter”
1. Georgi Lomaya
4. Valeri Abramidze
6. Samir Zərgərov
(11. Asif Məmmədov, 72)
8. Nizami Hacıyev
13. Bronislav Çervenka
14. Peter Zlatinov
(25. İbrahima Niasse, 64)
15. Vladimir Levin (k)
21. Arif Daşdəmirov
22. Peter Chrappan
28. Baçana Sxadadze
(16. Elnur Abdulov, 88)
29. Əziz Quliyev

Ehtiyat oyunçular:
90. Səlahət Ağayev
2. Xəyal Mustafayev
20. Girts Karlsons
30. Danildo Assioli

Baş məşqçi: Kaxaber Sxadadze

“Sumqayıt”
55. Andrey Popoviç
2. Slavik Alxasov
20. Timur İsrafilov
15. Tərlan Quliyev
22. Ruslan Tağızadə
(10. Eşqin Quliyev, 46)
52. Bədavi Hüseynov (k)
27. Ramil Həşimzadə
(19. Orxan Əliyev, 80)
25. Uğur Pamuk
21. Murad Səttarlı
47. Abdulla Abatsiyev
(90. Yasin Abbasov, 63)
11. Kamil Nurəhmədov

Ehtiyat oyunçular:
12. Sahil Kərimov
9. Orxan Həsənov
8. Emin Mustafayev
7. Mahmud Qurbanov

Baş məşqçi: Bernhard Raab

Unibank Premyer Liqasının XXI turu çərçivəsində “Sumqayıt” Futbol Klubu “İnter”lə qarşılaşıb. “Şəfa” stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bernhard Raab (“Sumqayıt”ın baş məşqçisi: “Dünən meydança pis olsa da, bu gün stadionun vəziyyəti normal idi. Komandam oyunun sonuna qədər mübarizə apardı. Sürəti yüksək tutmağa çalışdıq. Bir çox qol imkanlarımız olsa da, son anda vuran ayağın olmamasına görə qol vura bilmədik. “İnter” bizim iki səhvdən istifadə edib qol vurdu. Rəqibə gələcək oyunlarda uğurlar arzulayıram”.

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Komandam yaxşı təsir bağışladı. Qırmızı kartdan sonra oyunda dəyişiklik etməli olduq. Etdiyimiz yerdəyişmələr öz nəticəsini göstərdi. “Sumqayıt” gənc komandadır. Bir qədər təcrübələri çatmır. Azərbaycan futbolunun gələcəyi bu komandadır. Onlara uğurlar arzulayıram. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.