15/04/2018

"Sumqayıt" FK "Keşlə" üzərində əzmkar qələbə qazanıb


"Sumqayıt" - "Keşlə" 2:1
15 aprel 2018. Saat 18:00. “Kapital Bank Arena”, 2500 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Elman Musayev, Elşad Abdullayev
Dördüncü hakim: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Tural Axundov, 70 (qeyri-idman hərəkəti) // Pablo Podio, 61 (qeyri-idman hərəkəti); Məmməd Quliyev, 73 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 76 (oyunun bərpasını ləngitdiyinə görə); Məqsəd İsayev, 80 (qeyri-idman hərəkəti), 81 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Məqsəd İsayev, 81
Qollar: Bəhlul Mustafazadə, 58; Ehtiram Şahverdiyev, 84 // Məqsəd İsayev, 69
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

“Sumqayıt”
23. Mehdi Cənnətov
5. Vüqar Bəybalayev
7. Cavid Tağıyev
(11. Ehtiram Şahverdiyev, 46)
9. Amil Yunanov
(17. Nicat Qurbanov, 46)
10. Cavid İmamverdiyev
13. Bəhlul Mustafazadə
14. Bəxtiyar Həsənalızadə (k)
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
77. Elnur Abdullayev
(6. Kamal Mirzəyev, 62)

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
2. Rail Məlikov
25. Süleyman Əhmədov
70. Ülvi İsgəndərov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

“Keşlə”
1. Kamran Ağayev (k)
14. Andre Klennon
19. Pablo Podio
(9. Pərdis Fərcad-Azad, 64)
21. Herve Tçami
22. Məqsəd İsayev
24. Fuad Bayramov
(4. Slavik Alxasov, 46)
27. Adrian Skarlatake
(3. Denis Silva, 46)
33. Tərlan Quliyev
39. Əlibəy Məmmədli
40. Nemanya Stoyanoviç
88. Məmməd Quliyev

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
2. Sertan Taşkın
7. Vaqif Cavadov
58. Sinan Akkoyun
80. Rafael Məhərrəmli
90. Ebrima Sohna

Baş məşqçi: Yuri Maksimov

Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu turda doğma meydanda "Keşlə"ni qəbul edib. Samir Abasovun yetirmələri görüşdə 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, komandamız Premyer Liqada 11 oyundur ki, məğlub olmur.
Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Çətin oyun keçdi. Qələbə qazandığımız üçün sevinirik. Hər iki hissəsə komandadan narazı qaldım. Özümüzə gələ bilmirik, bu da zədəli futbolçuların olması ilə bağlıdı. Bu gün xarakter göstərərək qələbə qazansaq da, razı qalmadıq, özümüzə gəlməliyik. Komandada yorğunluq var. Yorğunçuluq olduğu üçün rotasiyalar etməliyəm. Bizdə beyin yorğunluğu var. Bundan başqa, oynamayan futbolçulara da şans verməliyik”