14/04/2018

"Sumqayıt" - "Keşlə" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək


Topaz Premyer Liqasında 23-cü turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Keşlə" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək. Elman Musayev və Elşad Abdullayev yan xətlərdə Cabbarova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ramil Diniyev olacaq. Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" matçı 15 aprel, saat 18:00-da "Kapital Bank Arena"da keçiriləcək.

15 aprel (bazar)

“Sumqayıt” – “Keşlə”
Hakimlər:
Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”, 18:00