12/04/2018

"Sumqayıt" FK "Keşlə" ilə qarşılaşmadan məğlub ayrılıb


Azərbaycan Kuboku, 1/2 final mərhələsi, ilk oyun
"Keşlə" - "Sumqayıt" 1:0
12 aprel 2018. Saat 16:00. “İnter Arena”, 800 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Vüqar Bayramov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Vaqif Cavadov, 58 (qeyri-idman hərəkəti) // Vüqar Bəybalayev, 20 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 85 (hakim qərarına etiraz)
Qollar: Sezar Meza Kolli, 90+2
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 4 dəq.

“Keşlə”
15. Orxan Sadıqlı
2. Sertan Taşkın
3. Denis Silva
4. Slavik Alxasov
(40. Nemanya Stoyanoviç, 56)
7. Vaqif Cavadov (k)
(21. Herve Tçami, 81)
9. Pərdis Fərcad-Azad
10. Sezar Meza Kolli
24. Fuad Bayramov
27. Adrian Skarlatake
33. Tərlan Quliyev
90. Ebrima Sohna

Ehtiyat oyunçular:
1. Kamran Ağayev
16. Şahin Zəkiyev
14. Andre Klennon
22. Məqsəd İsayev
39. Əlibəy Məmmədli
80. Rafael Məhərrəmli
88. Məmməd Quliyev

Baş məşqçi: Yuri Maksimov

“Sumqayıt”
1. Fərhad Vəliyev (k)
2. Rail Məlikov
5. Vüqar Bəybalayev
(17. Nicat Qurbanov, 65)
7. Cavid Tağıyev
9. Amil Yunanov
(10. Cavid İmamverdiyev, 55)
11. Ehtiram Şahverdiyev
13. Bəhlul Mustafazadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
97. Xəyal Nəcəfov
(6. Kamal Mirzəyev, 46)

Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
3. Vurğun Hüseynov
25. Süleyman Əhmədov
70. Ülvi İsgəndərov
77. Elnur Abdullayev

Baş məşqçi: Samir Abasov

Azərbaycan kubokunda 1/4 finalın ilk oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Keşlə" ilə qarşılaşıb. Görüş komandamızın 0:1 hesablı məğlubiyyəti ilə sonlanıb. Qeyd edək ki, bu mərhələnin cavab oyunu 18 aprel tarixində "Kapital Bank Arena"da keçiriləcək.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Kubok oyunudu, iki oyundan ibarətdi. Uzun müddətdi uduzmurduq, havalarda idik. Bu gün futbol oynamadıq, biabırçılıq idi. Cavab görüşündə belə oynasaq, “Keşlə” mərhələ adlayacaq. Yaxşı ki, bizi göydən yerə salan komanda tapıldı. Şanslarımız olmadı, bəlkə də bu, əsas oyunçularımızın oynamamağı ilə bağlı idi".