11/04/2018

“Keşlə” - "Sumqayıt" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək


Futbol üzrə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunlarının hakim təyinatları müəyyənləşib. “Keşlə” - "Sumqayıt" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək. Knyaz Əmiraslanov və Vüqar Bayramov yan xətlərdə Həsənova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ömər Paşayevv olacaq.

Nəzərinizə çatdıraq ki, “Keşlə” - "Sumqayıt" qarşılaşması 12 aprel, saat 16:00-da "İnter Arena"da baş tutacaq.

12 aprel (cümə axşamı)

“Keşlə” – “Sumqayıt”
Hakimlər:
Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“İnter Arena”, 16:00