08/04/2018

"Sumqayıt" FK səfərdə "Neftçi" ilə heç-heçə edib


"Neftçi" - "Sumqayıt" 2:2
8 aprel 2018. Saat 18:30. “Bakcell Arena”, 2500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Namiq Hüseynov
Dördüncü hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Ruslan Abışov, 22 (qeyri-idman hərəkəti); Namiq Ələsgərov, 38 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 90 (qeyri-idman hərəkəti) // Ülvi İsgəndərov, 90 (oyunun bərpasını ləngitdiyinə görə)
Qollar: Mirabdulla abbasov, 45; Azər Salahlı, 63 (ö.q) // Rəşad Eyubov, 41; Cavid İmamverdiyev, 79
Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 4 dəq.

“Neftçi”
94. Rəşad Əzizli
15. Ruslan Abışov (k)
2. İlkin Qırtımov
25. Kiril Petrov
5. Anton Krivotsyuk
8. Emin Mahmudov
10. Derlis Meza Kolli
93. Soni Mustivar
(17. Rəhman Hacıyev, 46)
7. Namiq Ələsgərov
(19. Fransisko Qarsiya, 87)
11. İqnasio Herrera
22. Mirabdulla Abbasov
(9. Lukas Qomes, 74)

Ehtiyat oyunçular:
1. Səlahət Ağayev
6. Rəşad Sadiqov
3. Fərid Abbaslı
21. Məhəmməd Mirzəbəyov
77. Elvin Sərkərov
97. Elnur Cəfərov
12. Mayk Kampaz

Baş məşqçi: Tərlan Əhmədov


“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
5. Vüqar Bəybalayev
6. Kamal Mirzəyev
(97. Xəyal Nəcəfov, 66)
9. Amil Yunanov
(7. Cavid Tağıyev, 66)
10. Cavid İmamverdiyev (k)
13. Bəhlul Mustafazadə
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
(70. Ülvi İsgəndərov, 76)


Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
3. Vurğun Hüseynov
11. Ehtiram Şahverdiyev
17. Nicat Qurbanov
25. Süleyman Əhmədov
77. Elnur Abdullayev

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 22-ci tura yekun vurulub. "Sumqayıt" FK bu turda səfərdə "Neftçi" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, qazanılan nətica sayəsində Samir Abasovun yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Məlum məsələlərə görə həftəiçi vətəndə deyildim. Gələndən sonra uşaqlarla iclas etdik. Onlara dedim ki, yaxşı ki, burada deyildim. Çünki yazılanları bilirik, futbolçular psixoloji təzyiq altındadılar. Bu gün oyun sistemini kənara qoymuşduq, bizə inananlar üçün meydanda idik. Yaxşı oynadıq, sadəcə, bəxtsizlikdən qol buraxdıq. “Neftçi” yaxşı komandadı, əla oyunçuları var. Amma əsas olan mənim komandamdı. Yaxşı kollektivə malikik, gördüyümüz iş göz qabağındadı. Düzü, çatışmayan cəhətlər var. Vaxt gəldikcə hər şey öz yerini tapacaq".