06/04/2018

"Neftçi" - "Sumqayıt" qarşılaşması / STATİSTİKALAR


"Sumqayıt" FK-nın "Neftçi" ilə qarşılaşmalardakı statistikalarını nəzərinizə çatdırırıq:


1. Komandalar Azərbaycan çempionatlarında 23 dəfə qarşılaşıblar.
2. “Sumqayıt” FK “Neftçi” ilə qarşılaşmalardan 9 qələbə, 2 heç-heçə və 12 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 28-37 rəqib komandanın xeyrinədir.
4. Amil Yunanov “Neftçi” ilə qarşılaşmalarda ən çox qol vuran futbolçumuzdur (4 qol).
5. "Sumqayıt" FK son 5 ev oyununda “Neftçi”ni məğlubiyyətə uğradıb.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması 8 aprel, saat 18:30-da "Bakcell Arena"da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.