05/04/2018

"Neftçi" - "Sumqayıt" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 22-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Neftçi" - "Sumqayıt"qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Rza Məmmədov və Namiq Hüseynov yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rəhim Həsənov olacaq.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması 8 aprel saat 18:30-da "Bakcell Arena"da baş tutacaq. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

8 aprel (bazar günü)
"Neftçi" - “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. 8-ci km stadionu, 18:30 ("CBC Sport"/ canlı)