04/04/2018

Samir Abasov İsveçrədə UEFA PRO kurslarının seminarında iştirak edir


Aprelin 3-dən 6-dək İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçirilir. Seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edir. AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq edəcəyi nümayəndə heyəti hazırda PRO kurslarında təhsil alan məşqçilərin arasında “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Samir Abasov da iştirak edir.