04/04/2018

“Sumqayıt” FK “Neftçi” ilə oyunun hazırlıqlarına start verdi


Ötən turda “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” FK 1 günlük istirahətin ardından məşqləri bərpa edib. Komandamız saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Məşqin ilk hissəsində yüngül qaçış və toplu çalışmalara üstünlük verilib. Hazırlığa fitness zalında yekun vurulub. Nəzərinizə çatdıraq ki, komandamızın növbəti məşqi sabah saat 15:30-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması 8 aprel, saat 18:30-da “Bakcell Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.