03/04/2018

"Neftçi" - "Sumqayıt" oyunu saat 18:30-da start götürəcək


Topaz Premyer Liqasında 22-ci turun oyun cədvəli müəyyənləşib. Bu tur çərçivəsində keçiriləcək olan "Neftçi" - "Sumqayıt" qarşılaşması aprelin 8-də "Bakcell Arena"da baş tutacaq və saat 18:30-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı görüş isə 9 aprel tarixində Binə qəsəbə stadionunda keçiriləcək və saat 16:00-da başlanacaq.