03/04/2018

“Sumqayıt” FK 3-cü dövrənin qalibi olub


Topaz Premyer Liqasında 2017/18 mövsümünün III dövrəsinə yekun vurulub. 2018-ci ilin arxada qalan hissəsinə təsadüf edən dövrənin ən yaxşısı “Sumqayıt” olub. Məğlubiyyət acısı yaşamayan Samir Abasovun yetirmələri hamıdan çox – 15 xal toplamaqla yanaşı, qol sayında (10) da hamını qabaqlayıb.

Qeyd edək ki, dövrənin 28 qarşılaşmasında 54 qol vurulub. Orta məhsuldarlıq 1,93-ə bərabərdir. (pfl.az)