19/02/2012

Ruslan Tağızadə: “Uğurlu nəticə əldə edib azarkeşlərimizi sevindirmək istəyirik”


Unibank Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Komandamızın müdafiəçisi Ruslan Tağızadə “bankirlərlə” oyun öncəsi fikirlərini bildirib: “İnter”lə oyuna çox ciddi hazırlaşırıq. Komandada əhval ruhiyyə yüksəkdir. Dünənki məşqdə kiçik zədə alsam da, artıq özümü bu görüşə tam hazır hesab edirəm. Bu qarşılaşmada uğurlu nəticə əldə edib azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, Ruslan Tağızadə cari mövsümdə “Sumqayıt”ın heyətində Unibank Premyer Liqasında 20 turda meydana çıxıb.