02/04/2018

"Sumqayıt" FK səfərdə "Qəbələ" ilə heç-heçə edib


"Qəbələ" - "Sumqayıt" 1:1
2 aprel 2018. Saat 17:00. Qəbələ şəhər stadionu, 550 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Vüqar Bayramov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Elvin Camalov, 26 (qeyri-idman hərəkəti); Voislav Stankoviç, 67 (qeyri-idman hərəkəti); Stiven Monroz, 80 (qeyri-idman hərəkəti) // Vüqar Bəybalayev, 40 (qeyri-idman hərəkəti)
Qollar: Stiven Monroz, 55 // Nicat Qurbanov, 83
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
4. Elvin Camalov
8. Qismət Alıyev
9. Baqali Dabo
10. Ruslan Qurbanov
14. Cavid Hüseynov (k)
(11. Asif Məmmədov, 75)
15. Vitali Vernidub
(16. Omar Malone, 58)
19. Filip Ozobiç
28. Stiven Monroz
(45. Famussa Kone, 90+4)
34. Urfan Abbasov

Ehtiyat oyunçular:
23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
6. Elvin Məmmədov
18. İlqar Qurbanov
29. Hacıağa Hacıyev
32. Amin Seydiyev
33. Təmkin Xəlilzadə
74. Yusif Nəbiyev

Baş məşqçi: Roman Qriqorçuk


“Sumqayıt”

1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
(77. Elnur Abdullayev, 72)
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
(17. Nicat Qurbanov, 81)
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
(7. Cavid Tağıyev, 69)
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
36. Süleyman Süleymanov
6. Kamal Mirzəyev
11. Ehtiram Şahverdiyev
25. Süleyman Əhmədov

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 21-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu turda səfərdə "Qəbələ" ilə qarşılaşıb. İlk hissəsində qol səsi çıxmayan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Komandamızın yeganə qolunu Nicat Qurbanov rəqib qapısından keçirib.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Qəbələ"ni bütün komponentlərdə üstələyə bildik. Qalib gəlmək üçün yetərincə imkanlarımız vardı. Fərqli qazonlarla məşq etmək öz sözünü deyirdi. Oyun ağır gedirdi. Bu, fiziki durumla bağlı deyildi. İnanırdıq ki, Qəbələdə nəsə edə bilərik. 2-ci yerdə gedən komandadan səfərdə xal alırıqsa, bu, yaxşı haldı".