30/03/2018

"Qəbələ" - "Sumqayıt" qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək


Topaz Premyer Liqasında 21-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Qəbələ" – “Sumqayıt” qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək. Akif Əmirəli və Vüqar Bayramov yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rəvan Həmzəzadə olacaq. Qeyd edək ki, "Qəbələ" – “Sumqayıt” qarşılaşması 2 aprel saat 17:00-da Qəbələ Şəhər stadionunda baş tutacaq. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

2 aprel (bazar ertəsi)

“Qəbələ” – “Sumqayıt”
Hakimlər:
İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu, 17:00