30/03/2018

16 yaşlılarımız “Kəpəz”i məğlubiyyətə uğradıb


AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın 16 yaşadək futbolçulardan ibarət komandası “Kapital Bank Arena”da “Kəpəz”i sınağa çəkib. İlk hissəsi qolsuz bərabərliklə yekunlaşan oyunun sonunda Azad Mütəllimovun yetirmələri minimal hesablı qələbə qazanmağa nail olublar. Görüşdə vurulan yeganə qola Əliruslan Əbilov imza atıb.

U-16 Liqası
“Sumqayıt” – “Kəpəz” 1:0
Qol:
Əliruslan Əbilov