29/03/2018

"Qəbələ" - "Sumqayıt" qarşılaşması saat 17:00-da start götürəcək


Topaz Premyer Liqasında 21-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Qəbələ” – "Sumqayıt" oyunu aprelin 2-də Qəbələ şəhər stadionunda baş tutacaq və 17:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə aprelin 1-də Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək və saat 15:00-da başlanacaq.