27/03/2018

"Sumqayıt" FK "Qəbələ" ilə oyunun hazırlıqlarına start verdi


2 günlük istirahəti başa vuran “Sumqayıt” FK hazırlıq proseslərini bərpa edib. Komandamız bu gün saat 16:00-da “Kapital Bank Arena”da Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb. Nəzərinizə çatdıraq ki, Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər. Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlıq prosesinə cəlb olunub. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib. 

Qeyd edək ki, "Qəbələ" - “Sumqayıt” qarşılaşması 2 aprel tarixində Qəbələ Şəhər stadionunda keçiriləcək.