26/08/2011

Orxan Əliyev millinin heyətində fərqlənib


Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Latviyanın U-17 yığması ilə qarşılaşan futbolçularımız oyundan 1:1 hesablı bərabərliklə ayrılıb. Xatırladaq ki, Təbriz Həsənovun yetirmələri ilk oyunda Belarusu 3:1 hesabı ilə məğlub etsə də, gürcüstanlı həmyaşıdlarına boyun əymişdi (1:2). Latviya ilə qarşılaşmada “Sumqayıt Şəhər”in 4 futbolçusu – Orxan Əliyev, Ruslan Nəsirli, David Qarayev və Şamil Camaləddinov forma geyinib.

Millimizdən yeganə qolu klubumuzun hücumçusu Orxan Əliyev vurub.