18/02/2012

“Sumqayıt” “İnter”lə oyuna hazırlaşır


Unibank Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Səhər məşqlərini Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirən Bernhard Raabın komandası axşam “Dalğa Arena”da hazırlaşacaq. “Neftçi” ilə görüşdə zədələnən Samir Abasov fərdi məşqlərlə kifayətlənir. Əməliyyatdan qayıdan Emil Balayevin isə gələn həftədən etibarən hazırlığa qatılacağı gözlənilir. Bərpa prosesini uğurla başa vuran Ruslan Qurbanov isə bu gündən etibarən məşqlərə başlayıb.

İnter – Sumqayıt
Hakimlər
: Elvin Əsgərov, Munis Abdullayev, Zeynal Zeynalov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əmir Zamanov
"Şəfa" stadionu. Saat 16:00