17/02/2012

3 futbolçumuz A millidə


Fevralın 22-dən martın 1-ə qədər Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində fevralın 24-də Sinqapur, fevralın 27-də Hindistan, fevralın 29-da isə Fələstin yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Sumqayıt” Futbol Klubunun 3 futbolçusu – Andriy Popoviç, Bədavi Hüseynov və Hacı Əhmədov yığmanın düşərgəsinə dəvət alıb.