03/03/2018

"Sumqayıt" FK "Qarabağ"la heç-heçə edib


"Sumqayıt" - "Qarabağ" 1:1
3 mart 2018. Saat 18:30. “Kapital Bank Arena”, 1326 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, İsgəndər Əliyev
Dördüncü hakim: Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Markos Madera, 37 (qeyri-idman hərəkəti); Donald Qerye, 86 (qeyri-idman hərəkəti); Pedro Enrike, 90 (qeyri-idman hərəkəti)
Qollar: Amil Yunanov, 49 // Pedro Enrike, 75
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
9. Amil Yunanov
(70. Ülvi İsgəndərov, 85)
10. Cavid İmamverdiyev
11. Ehtiram Şahverdiyev
(77. Elnur Abdullayev, 88)
13. Bəhlul Mustafazadə
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
97. Xəyal Nəcəfov
(6. Kamal Mirzəyev, 80)

Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
36. Süleyman Süleymanov
2. Rail Məlikov
7. Cavid Tağıyev
17. Nicat Qurbanov

Baş məşqçi: Samir Abasov

“Qarabağ”
13. İbrahim Şehiç
2. Qara Qarayev
5. Maksim Medvedev
8. Markos Madera
10. Pedro Enrike
11. Mahir Mədətov
14. Rəşad Sadıqov (k)
20. Riçard Almeyda
25. Ansi Aqolli
52. Yakub Jezniçak
(99. Dani Kintana, 63)
77. Donald Qerye

Ehtiyat oyunçular:
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
7. Rahid Əmirquliyev
22. Əfran İsmayılov
30. Abbas Hüseynov
32. Elvin Yunuszadə
44. Ağabala Ramazanov
70. Nicat Süleymanov
90. Ramil Şeydayev
91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

Topaz Premyer Liqasında 18-ci turun oyunları davam edir. "Sumqayıt" FK bu gün "Kapital Bank Arena"da "Qarabağ"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, komandamız bu nəticə ilə məğlubiyyətsizlik seriyasını 6 oyuna çatdırıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Bu gün planlaşdırmadığımız oyunu oynamadıq. Buna da rəqib imkan vermirdi. Düşünürəm ki, layiqli xal qazandıq. Ola bilər, düşünə bilərsiniz ki, qorxaq futbol oynadıq. Onu deyə bilərəm ki, istədiyimizi edə bildik. Əsas odur ki, uşaqlar özlərini itirmədilər, sonadək mübarizə apardılar. Komandamız son oyunlardakı nəticələri azarkeşləri də meydana cəlb edir. Onlara da sonadək bizi dəstəklədikləri üçün təşəkkürümü bildirirəm".