02/03/2018

"Sumqayıt" - "Qarabağ" qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək


Topaz Premyer Liqasında 18-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Qarabağ” qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək. Knyaz Əmiraslanov və İsgəndər Əliyev yan xətlərdə Həmzəzadəyə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ramil Diniyev olacaq. Qeyd edək ki, "Sumqayıt" – “Qarabağ” qarşılaşması 3 mart saat 18:30-da "Kapital Bank Arena"da baş tutacaq. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

03 mart (şənbə)

“Sumqayıt” – “Qarabağ”
Hakimlər:
Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”, 18:30