01/03/2018

U-16 komandamız "Zirə"ni məğlub edib, U-19 isə "Neftçi"yə uduzub


AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın U-16 komandası bu gün “Kapital Bank Arena”da “Zirə”ni qəbul edib. Azad Mütəllimovun komandası rəqibini 2:0 hesabı ilə məğlub edib. Oyunda vurulan qollara Elçin Abbasov və Vüqar Bağırov imza atıb. Bundan başqa, U-19 komandamız səfərdə “Neftçi” ilə qarşılaşıb. Görüş komandamızın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. “Sumqayıt” FK-nın oyundakı yeganə qolunu Xəzər Mahmudov rəqib qapısından keçirib.

U-19 Liqası
“Neftçi” – “Sumqayıt” 2:1
Qol:
Xəzər Mahmudov.

U-16 Liqası
“Sumqayıt” – “Zirə” 2:0
Qollar:
Elçin Abbasov, Vüqar Bağırov.