17/02/2012

“Sumqayıt” Banişevskinin xatirəsinə həsr olunmuş turnirə qələbə ilə başladı


Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirə start verilib. “Sumqayıt” Futbol Klubunun 1998-99-cu il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilk oyununda “Neftçi İSM” üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızdan hər iki qolu Vüsal Buludlu vurub.

“Sumqayıt” növbəti oyununu fevralın 18-də saat 13:00-da “Əlincə” komandasına qarşı keçirəcək.

Nəzərinizə çatdıraq ki, turnirdə 1998-99-cu il təvəllüdlü futbolçulardan təşkil olunmuş 8 komanda 2 qrupda mübarizə aparır.