27/02/2018

“Sumqayıt” FK “Qarabağ”la oyunun hazırlıqlarına start verdi


17-ci turda “Keşlə”ni məğlub edən “Sumqayıt” FK 1 günlük istirahətin ardından məşqləri bərpa edib. Komandamız Samir Abasovun rəhbərliyi altında saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb. Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması 3 mart, saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.