27/02/2018

"Sumqayıt" - "Qarabağ" matçı saat 18:30-da start götürəcək


Topaz Premyer Liqasında 18-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Qarabağ" oyunu martın 3-də "Kapital Bank Arena"da baş tutacaq və 18:30-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə martın 4-də eyni məkanda keçiriləcək və saat 15:00-da başlanacaq.