25/02/2018

"Sumqayıt" səfərdə "Keşlə"ni məğlubiyyətə uğradıb


"Keşlə" - "Sumqayıt" 1:2
25 fevral 2018. Saat 15:00. “İnter Arena”, 2000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Elşən Acalov
Dördüncü hakim: Rəşad Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
Sarı vərəqələr: Adrian Skarlatake, 38 (qeyri-idman hərəkəti); Fuad Bayramov, 70 (qeyri-idman hərəkəti) // Cavid İmamverdiyev, 45 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 55 (qeyri-idman hərəkəti)
Qollar: Rail Məlikov, 12 (ö.q) // Tural Axundov, 2 (p.); Rəşad Eyubov, 90
Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 4 dəq.

“Keşlə”
1. Kamran Ağayev (k)
3. Denis Silva
4. Slavik Alxasov
9. Pərdis Fərcad-Azad
10. Sezar Meza Kolli
(14. Andre Klennon, 64)
21. Herve Tçami
(80. Rafael Məhərrəmli, 76)
22. Məqsəd İsayev
(39. Əlibəy Məmmədli, 44)
24. Fuad Bayramov
27. Adrian Skarlatake
65. Cabir Əmirli
90. Ebrima Sohna

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
2. Sertan Taşkın
7. Vaqif Cavadov
33. Tərlan Quliyev
66. Murad Qayalı
88. Məmməd Quliyev

Baş məşqçi: Yuri Maksimov


“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
6. Kamal Mirzəyev
(32. Rəşad Eyubov, 46)
7. Cavid Tağıyev
(97. Xəyal Nəcəfov, 46)
10. Cavid İmamverdiyev
11. Ehtiram Şahverdiyev
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
70. Ülvi İsgəndərov
(9. Amil Yunanov, 58)

Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
13. Bəhlul Mustafazadə
17. Nicat Qurbanov
25. Süleyman Əhmədov
77. Elnur Abdullayev


Məşqçi: Seymur Rəhimov

Topaz Premyer Liqasında 17-ci tura yekun vurukub. "Sumqayıt" FK səfərdə "Keşlə"ni sınağa çəkib. Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, ardıcıl 2 oyunda qələbə qazanan komandamız məğlubiyyətsizlik seriyasını 5-ə yüksəldib.

Seymur Rəhimov ("Sumqayıt" FK-nın məşqçisi): "Fikirlərim müsbətdi. Nəticə bizi qane etdi. Uşaqlar dediklərimizi yerinə yetirdi. İlk hissədə özünəinam itmişdi. Amma paltardəyişmə otağındakı sözlərimizdən sonra dediklərimizi tam yerinə yetirdilər. Əvəzetmələr də nəticəyə müsbət təsir etdi".