15/02/2012

7 futbolçumuz U-21-ə çağırılıb


Fevralın 22-dən 29-a qədər Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək, fevralın 29-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində «Dalğa Arena»da İslandiya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. “Sumqayıt” Futbol Klubunun 7 futbolçusu – Ruslan Tağızadə, Tərlan Quliyev, Abdulla Abatsiyev, Kamil Nurəhmədov, Eşqin Quliyev, Emin Mustafayev və Orxan Həsənov yığmanın düşərgəsinə çağırılıb.

Bundan başqa, fevralın 17-dən 28-dək 17 yaşadək futbolçulardan ibarət milli komandamız Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. Klubumuzun aşağı yaş qruplarında forma geyinən Süleyman Piriyev yığmanın düşərgəsinə qatılacaq.