23/02/2018

"Keşlə" - "Sumqayıt" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək


Topaz Premyer Liqasında 17-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Keşlə" – “Sumqayıt” qarşılaşmasını Rəhim Həsənov idarə edəcək. Azər Əsgərov və Elşən Acalov yan xətlərdə Həsənova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rəşad Əhmədov olacaq. Qeyd edək ki, "Keşlə" – “Sumqayıt” qarşılaşması 25 fevral saat 15:00-da "İnter Arena"da baş tutacaq. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

25 fevral (bazar)

“Keşlə” – “Sumqayıt”
Hakimlər:
Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
“İnter Arena”, 15:00