21/02/2018

“Sumqayıt” FK-nın U-19 komandası “Zirə”ni, U-17 komandası isə “Mil Muğan”ı məğlub edib


AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın U-19 komandası bu gün “Kapital Bank Arena”da “Zirə”ni sınağa çəkib. Aqil Məmmədovun yetirmələri meydandan 5:0 hesablı qələbə ilə ayrılıb. Bundan başqa, 17 yaşadək futbolçulardan ibarət komandamız “Kapital Bank Arena”da “Mil Muğan”ı qəbul edib. Görüş Vüqar Quliyevin komandasının 8:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. İbrahim Novruzovun poker etdiyi qarşılaşmada Cəlal Cəbrayılov, Fərhad Salamzadə, Kənan Əşrəfli və Said Əliyev hərəyə 1 dəfə İmişli təmsilçisinin qapısına yol tapıb.

U-19 Liqası
“Sumqayıt” – “Zirə” 5:0
Qollar:
Nazim Bağırov (2), Asəf Əliyev, Cavid Quliyev, Xəzər Mahmudov

U-17 Liqası
“Sumqayıt” – “Mil Muğan” 8:0
Qollar:
İbrahim Novruzov (4), Cəlal Cəbrayılov, Fərhad Salamzadə, Said Əliyev, Kənan Əşrəfli.