20/02/2018

"Keşlə" - "Sumqayıt" qarşılaşması saat 15:00-da start götürəcək


Topaz Premyer Liqasında 17-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Keşlə” – "Sumqayıt" oyunu fevralın 25-də "İnter Arena"da baş tutacaq və 15:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə fevralın 24-də eyni məkanda keçiriləcək və saat 15:00-da başlanacaq.