20/02/2018

"Səbail" - "Sumqayıt" və "Keşlə" - "Sumqayıt" matçlarının vaxtı dəyişib


Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri eləcə də 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq, Topaz Premyer Liqsının və Azərbaycan Kubokunun təqvimində dəyişikliklər gerçəkləşib. Belə ki, 19-cu tur çərçivəsində keçiriləcək "Səbail" - "Sumqayıt" matçı 11 mart tarixindən 10 marta, Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunu olan "Keşlə" - "Sumqayıt" qarşılaşması isə 11 aprel tarixindən 12 aprelə keçirilib.