17/02/2018

"Sumqayıt" FK "Neftçi" üzərində əzmkar qələbə qazanıb


"Sumqayıt" - "Neftçi" 2:0
17 fevral 2018. Saat 18:30. “Kapital Bank Arena”, 1300 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Rza Məmmədov
Dördüncü hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 49 (qeyri-idman hərəkəti) // Emin Mahmudov, 32 (hakim qərarına etiraz); İlkin Qırtımov, 59 (qeyri-idman hərəkəti); Ruslan Abışov, 61 (hakim qərarına etiraz); İqnasio Herrera, 64 (qeyri-idman hərəkəti); Fransisko Qarsiya, 69 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Rəşad Sadiqov, 60 (azarkeşi təhqir etdiyinə görə)
Qollar: Tural Axundov, 13 (p.); Amil Yunanov, 17
Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev (k)
2. Rail Məlikov
5. Vüqar Bəybalayev
(6. Kamal Mirzəyev, 86)
9. Amil Yunanov
(70. Ülvi İsgəndərov, 88)
10. Cavid İmamverdiyev
11. Ehtiram Şahverdiyev
13. Bəhlul Mustafazadə
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
(97. Xəyal Nəcəfov, 45+1)
32. Rəşad Eyubov

Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
7. Cavid Tağıyev
8. Camal Camalov
17. Nicat Qurbanov
25. Süleyman Əhmədov
39. Tural Bayramlı

Baş məşqçi: Samir Abasov


“Neftçi”
1. Səlahət Ağayev
2. İlkin Qırtımov
6. Rəşad Sadiqov
15. Ruslan Abışov (k)
5. Anton Krivotsyuk
8. Emin Mahmudov
10. Derlis Meza Kolli
11. İqnasio Herrera
19. Fransisko Qarsiya
(12. Mayk Kampaz, 83)
17. Rəhman Hacıyev
(7. Namiq Ələsgərov, 65)
22. Mirabdulla Abbasov
(9. Lukas Qomes , 58)

Ehtiyat oyunçular:
94. Rəşad Əzizli
20. Elnur Süleymanov
77. Elvin Sərkərov
3. Fərid Abbaslı
25. Kiril Petrov
26. Ömər Buludov

Baş məşqçi: Tərlan Əhmədov

Topaz Premyer Liqasında 16-cı turun oyunları davam edir. "Sumqayıt" FK bu turda doğma azarkeşləri qarşısında "Neftçi"ni qəbul edib. Görüş komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt" FK bu qələbə sayəsində 4-cü pillədəki mövqeyini daha da gücləndirib.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün sübut etdik ki, “Sumqayıt”ıq və mübarizəni meydanda aparırıq. Çox çılğın idim. Əlimdə imkan olsaydı, zədəli futbolçumu da meydana buraxardım. Uşaqlar oynadıqları şəhərin adına yaxşı mübarizə apardılar. Onların alnından öpürəm”.