16/02/2018

"Sumqayıt" - "Neftçi" qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək


Topaz Premyer Liqasında 16-cı turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Neftçi” qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək. Vaqif Musayev və Rza Məmmədov yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rəhim Həsənov olacaq. Qeyd edək ki, "Sumqayıt" – “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da "Kapital Bank Arena"da baş tutacaq. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

17 fevral (şənbə)

“Sumqayıt” – “Neftçi”
Hakimlər:
İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”, 18:30