15/02/2012

“Sumqayıt” “Neftçi” ilə qarşılaşıb


Sumqayıt – Neftçi 0:3
15 fevral 2012. Saat 14:00. "Şəfa" stadionu. 500 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Rza Məmmədov
Dördüncu hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Nüvər Xasıyev
Qol: Flavio Aleks Valensio, 45+2; Bahodir Nasimov, 49; 85
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 2 dəq.

“Sumqayıt”
55. Andrey Popoviç
3. Tərlan Quliyev
20. Timur İsrafilov
(21. Murad Səttarlı, 60)
22. Ruslan Tağızadə
52. Bədavi Hüseynov
4. Samir Abasov (k)
(90. Yasin Abbasov, 32)
47. Abdulla Abatsiyev
76. Uğur Pamuk
10. Eşqin Quliyev
27. Ramil Həşimzadə
(9. Orxan Həsənov, 73)
11. Kamil Nurəhmədov

Ehtiyat oyunçular:
12. Sahil Kərimov
7. Mahmud Qurbanov
8. Emin Mustafayev
2. Slavik Alxasov

Baş məşqçi: Bernhard Raab

“Neftçi”
1. Rauf Mehdiyev
2. Rail Məlikov (k)
3. Denis Silva
6. Slavço Georgiyevski
(25. Cavid İmamverdiyev, 80)
9. Flavio Aleks Valensio
(8. Elşən Abdullayev, 76)
14. Bahodir Nasimov
15. Ruslan Abışov
16. Alessandro Viana da Silva
(18. Ruslan Əmircanov, 30)
19. Mirhüseyn Seyidov
27. Rəşad Abdullayev
32. Elvin Yunuszadə

Ehtiyat oyunçular:
30. Saşa Stamenkoviç
11. Cavid Hüseynov
22. Fərid Quliyev
28. Emin Mehdiyev

Baş məşqçi: Böyükağa Hacıyev

Unibank Premyer Liqasının XX turu çərçivəsində “Sumqayıt” “Neftçi”ni qəbul edirdi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyü yaxşı vəziyyətdə olmadığından qarşılaşma “Şəfa” stadionunda keçirilirdi. Görüşdə ilk qol 45+2-ci dəqiqədə vuruldu. Rəşad Abdullayevin cinah ötürməsindən sonra Flavinyo başla topu tora qovuşdurdu. 49 və 85-ci dəqiqələrdə isə Bahodir Nasimov dubl edərək oyunun hesabını rəsmiləşdirdi.

Bernhard Raab (“Sumqayıt”ın baş məşqçisi): “Samir Abasovun zədələnməsi komandanın oyununa mənfi təsir göstərdi. Ümumlikdə isə bu gün "Neftçi" daha güclü idi. Lakin növbəti görüşlərdə belə səhvlərə yol verməməyə çalışacağıq. Bu gün meydanda 4-5 futbolçu özünü yaxşı tərəfdən göstərə bildi. Qalan oyunçular isə heç nə ilə yadda qalmadılar. İstədiyim oyunu görə bilmədim”.

Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi): “Çox maraqlı oyun oldu. Birinci dövrədəki “Sumqayıt” komandasından əsər-əlamət qalmayıb. Məşqçi işi göz qabağındadır. “Neftçi” kimi güclü komanda ilə layiqli mübarizə apardılar. “Sumqayıt”ın bu gün təcrübəsi çatmadı. Onlar bizi əks-hücumlarda yaxalasalar da, fərqlənə bilmədilər. “Sumqayıt”, yəqin ki, çox komandaya baş ağrısı olacaq. Həmkarıma uğurlar arzulayıram”.