12/02/2018

"Sumqayıt" - "Neftçi" qarşılaşması saat 18:30-da start götürəcək


Topaz Premyer Liqasında 16-cı turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Neftçi" oyunu fevralın 17-da "Kapital Bank Arena"da baş tutacaq və 18:30-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə fevralın 18-də eyni məkanda keçiriləcək və saat 15:00-da başlanacaq.