25/08/2011

“Sumqayıt Şəhər” “Qaradağ”a qalib gəlib


Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sumqayıt Şəhər” klubunun 17 yaşadək futbolçulardan ibarət komandası yoxlama oyunu keçirib. Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda “Qaradağ”ın U-17-i ilə üz-üzə gələn klubumuz 3:2 hesabı ilə qələbə qazanıb. “Sumqayıt Şəhər”dən qolları Şəmsi Əlisoylu, Mahmud Mustafayev və Elçin Əbilov vurub.