08/02/2018

"Zirə" - "Sumqayıt" qarşılaşması / STATİSTİKALAR


"Sumqayıt" FK-nın "Zirə" ilə qarşılaşmalardakı statistikalarını nəzərinizə çatdırırıq:


1. Komandalar Azərbaycan çempionatlarında 10 dəfə qarşılaşıblar.
2. “Sumqayıt” FK “Zirə” ilə qarşılaşmalardan 3 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 8-12 rəqib komandanın xeyrinədir.
4. Mirabdulla Abbasov “Sumqayıt” FK-nın heyətində “Zirə”yə ən çox qol vuran futbolçudur (2 qol).
5. Komandamız son 3 ev oyununda “Zirə”yə məğlub olmayıb (2 qələbə, 1 heç-heçə).

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması 10 fevral, saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.