06/02/2018

“Sumqayıt” FK “Zirə” ilə oyunun hazırlıqlarına başladı


Türkiyə toplanışının ardından birgünlük istirahəti başa vuran “Sumqayıt” Futbol Klubu hazırlıqları bərpa edib. Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Komandamız tam heyətlə məşq edib. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu hazırlıq prosesinə cəlb edilib. Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması fevralın 10-da keçiriləcək. Saat 16:00-da start götürəcək olan qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.