04/02/2018

“Sumqayıt” FK vətənə dönür


Bu gün “Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə dönür. Komandamız gecə saatlarında paytaxt Bakıda olacaq. Samir Abasovun yetirmələri bir günlük istirahətin ardından “Kapital Bank Arena”da Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək “Zirə” ilə oyunun hazırlığına başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” FK Antalyada 4 yoxlama matçı keçirdi. Komandamız ilk oyununda Rumıniyanın ”Konkordiya" klubu ilə qarşı-qarşıya gəldi (0:1). İkinci qarşılaşmada Samir Abasovun yetirmələri Makedoniya təmsilçisi “Akademiya Pandev” ilə “sülh bağladı” (1:1). Növbəti yoxlama oyununu Rusiyanın “Anji” klubuna qarşı keçirən “Sumqayıt” FK meydanı minimal hesablı məğlubiyyətlə tərk etdi (0:1). Komandamız son matçını Serbiya “Mladost”una qarşı keçirdi (0:4).