03/02/2018

“Sumqayıt” FK Antalyada sonuncu yoxlama oyununda “Mladost” ilə qarşılaşıb


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə sonuncu yoxlama oyununa çıxıb. Komandamız əvvəlcədən məlumat verdiyimiz kimi, Serbiya təmsilçisi “Mladost” ilə üz-üzə gəlib. “Kundu Fanatic” otelinin stadionunda keçirilən qarşılaşma komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.